Türkiyə şəhid verib.
Tunceli yaxınlığında PKK terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib.
Təhlükəsizlik qüvvələrinin təslim olmaq çağırışlarına terrorçular odlu silahlarla qarşılıq verib.
Nəticədə, türk ordusunun 4 əsgəri yaralanıb. Yaralılar Tunceli Dövlət Xəstəxanasına aparılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.