Xəzər Xəbər

"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb

Dünya | 09:45 • 8 İyun 2019
"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb

"S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün icrasına 2 aydan sonra başlanılacaq.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib.


Bildirilir ki, belə bir açıqlama Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində verilib. Çemezovun sözlərinə görə, artıq kredit verilib, avans ödənişlər edilib: "Kredit vəsait xərclənib, texnika istehsal edilib”.


O, həmçinin qeyd edib ki, Rusiya tərəfi türk mütəxəssislərin "S-400” üzrə təlimlərini də başa çatdırıb.

Xəbər lenti