Xəzər Xəbər

Putin: "Huawei"-in dünya bazarından çıxarılmasına cəhdlər texnoloji müharibənin başlanğıcıdır"

Dünya | 17:05 • 7 İyun 2019
Putin: "Huawei"-in dünya bazarından çıxarılmasına cəhdlər texnoloji müharibənin başlanğıcıdır"

"Huawei”-in dünya bazarından çıxarılmasına cəhdlər texnoloji müharibənin başlanğıcıdır".


APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.


Rusiya prezidenti qeyd edib ki, qlobal iqtisadi əlaqələrin hazırki modeli böhranla üzləşib.


Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamla bır qrup şirkətlərin "qara siyahı"sı tərtib edilib və həmin şirkətlərin ABŞ-ın icazəsi olmadan ona məxsus texnologiyalardan istifadəsi qadağan olunub.


Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan "Huawei” də bu siyahıya daxil edilib.


Ardınca "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın "Panasonic” şirkətidə "Huawei"lə əməkdaşlığı dayandırıb.


Bu gün isə "Facebook" ona məxsus "Whatsapp", "Instagram" mobil tətbiqlərinin "Huawei" cihazlarına yüklənməsinin məhdudlaşdırılacağını açıqlayıb.

Xəbər lenti