Xəzər Xəbər

Ermənistanın ədliyyə naziri istefa verib

Dünya | 14:58 • 7 İyun 2019
Ermənistanın ədliyyə naziri istefa verib

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə A.Zeynalyan rəsmi "Facebook” səhifəsində qeyd edib.


"Mən ədliyyə naziri vəzifəsindən istefa verdim. Xalqımız üçün belə tarixi mərhələdə bu vəzifəni yerinə yetirmək çox məsuliyyətli addım idi”, - deyə o vurğulayıb.


Qeyd edək ki, A.Zeynalyan 2018-ci ilin mayından bu vəzifəni icra edirdi.

Xəbər lenti