Xəzər Xəbər

Baş nazir: “Gürcüstanın NATO və Aİ-yə üzvlüyü gürcü xalqının seçimidir”

Dünya | 13:07 • 7 İyun 2019
Baş nazir: “Gürcüstanın NATO və Aİ-yə üzvlüyü gürcü xalqının seçimidir”

"Gürcüstanın NATO və Avropa İttifaqına üzvlüyü gürcü xalqının seçimidir”.


APA TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Mamuka Baxtadze San-Fransiskoda keçirilən ictimai forumda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, gürcü xalqının 80 faizdən çoxu Avropa İttifaqı və NATO-ya üzvlük ideyasını dəstəkləyir: "Bu, siyasi rəhbərlik tərəfindən qəbul edilmiş qərar deyil, təşəbbüs xalqdan gəlir. Bu səbəbdən də bir daha vurğulamaq istəyirəm ki, Aİ və NATO-ya üzvlük mənim xalqımın seçimidir. Gürcüstan buna layiqdir”, - deyə M.Baxtadze qeyd edib.


Baş nazir həmçinin vurğulayıb ki, Gürcüstanın NATO-ya üzvlüyü bir gün ərzində gerçəkləşməyəcək və bu, geosiyasi vəziyyətdən asılıdır.

Xəbər lenti