Xəzər Xəbər

ABŞ Türkiyə pilotlarını F-35 təliminə qəbul etməyəcək

Dünya | 09:19 • 7 İyun 2019
ABŞ Türkiyə pilotlarını F-35 təliminə qəbul etməyəcək

ABŞ F-35 döyüş təyyarələrilə keçiriləcək təlim proqramına Türkiyə hərbi pilotları qəbul etməməyi qərara alıb.


Buna səbəb Ankaranın Rusiya Federasiyasından "S-400” raket əleyhinə müdafiə sistemlərini satınalmasına maraq göstərməsidir.

Qeyd edək ki, hazırdaTürkiyədən dörd pilot ABŞ hava bazasında təhsil alır, ikisi isə təlimatçı kimi fəaliyyətdədir. Ümumilikdə bu ölkənin 20 vətəndaşı hərbi təyyarələrin texniki sazlığına cavabdehdirlər.


Bildirilib ki, Türkiyə Rusiya ilə sözügedən anlaşmadan geri çəkilərsə, türk pilotların qəbulu bərpa edilə bilər.

Xəbər lenti