Xəzər Xəbər

İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfər edib

Dünya | 20:16 • 15 May 2019
İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfər edib

İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib.


Xezerxeber.az xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.


Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.

Xəbər lenti