Qazaxıstanın Karaqanda aerodromunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Qəza nəticəsində iki nəfər ekipaj üzvü ölüb. Hadisə bu gün yerli vaxtla saat 16.25-də təlim uçuşu zamanı baş verib.
Qeyd edək ki, faktla bağlı Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin aviasiya hadisələrinin istintaq idarəsində araşdırmalara başlanıb.