Xəzər Xəbər

Qazaxıstanda daha bir neçə şəhərin adını dəyişmək istəyirlər

Dünya | 16:52 • 25 Mart 2019
Qazaxıstanda daha bir neçə şəhərin adını dəyişmək istəyirlər

Qazaxıstanın "Ak Jol” demokratik partiyasının sədr müavini Kazbek İsa Petropavlovsk, Pavlodar və Semey şəhərlərinin adlarının dəyişdirilməsini təklif edib.


RİA Novosti-nin məlumatına görə, o, bu şəhərlərə tanınmış qazax tarixi şəxsiyyətlərinin adlarının verilməsini istəyib.


O bildirib ki, Petropalovskun adı Abıl xanın, Pavlodarın adı Kesenarın müstəqlliyinin, Semeyin adı isə Alixan Bukeyxanovun şərəfinə dəyişdirilməlidir.


Xatırladaq ki, martın 20-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astananın adını ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan olaraq dəyişdirilməsini təklif edib. Həmin gün parlament Konstitusiyada müvafiq dəyişiklik edib.


Martın 23-də isə dövlət başçısı dəyişikliyi təsdiq edib və sərəncam imzalayıb.

Xəbər lenti