Xəzər Xəbər

Ərdoğana görə 30 min lirə cərimələndi

Dünya | 15:50 • 12 İyul 2018
Ərdoğana görə 30 min lirə cərimələndi
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, partiyanın sözçüsü Bülənd Tezcan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 30 min lirə təzminat ödəyəcək.


XəzərXəbər xəbər verir ki, bu barədə məhkəmə qərəar çıxarıb.


Türkiyə prezidentinin vəkili Hüseyin Aydın "Twitter” hesabında yazıb ki, B.Tezcan Ərdoğana qarşı istifadə etdiyi "faşist diktator” ifadəsinə görə bu cəzaya məhkum edilib.

"Bülənd Tezcan Ərdoğana qarşı işlətdiyi "faşist diktator” ifadəsinə görə, məhkəmə tərəfindən 30 min lirə mənəvi təzminata məhkum olunub. Cənab prezidentin hüquqlarını pozanlar, mövqeyi nə olursa olsun hüquq qarşısında cavab verməkdən qaça bilməyəcəklər”, - deyə H.Aydın qeyd edib.

Xəbər lenti