Xəzər Xəbər

Bakıda bu avtobusların hərəkət sxemi dəyişib

Cəmiyyət | 10:34 • 25 Yanvar 2021
Bakıda bu avtobusların hərəkət sxemi dəyişib

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.


Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.


Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib. Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Xəbər lenti