Xəzər Xəbər

Yeni doğulanlar arasında oğlanların sayı artır

Cəmiyyət | 11:02 • 23 Yanvar 2021
Yeni doğulanlar arasında oğlanların sayı artır

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 116 min 454 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 3106-sı əkiz, 117-si üçəm, dördü isə dördəmdir.


Ötən ilin on bir ayı ərzində ölkədə 61 min 147 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Xəbər lenti