Xəzər Xəbər

“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib

Cəmiyyət | 12:45 • 21 Yanvar 2021
“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib

"Regional İnkişaf” İctimai Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan www.teklifimvar.az portalını istifadəyə verib. Portal əhalini ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə məqsədi daşıyır.

Xezerxeber.az-ın məlumatına görə, internet resursunda qeydiyyatdan keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da ictimaiyyətin prosesi izləməsi mümkün olacaq.

Xatırladaq ki, "Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
528 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti