Xəzər Xəbər

Ötən il 100 min nəfər işlə təmin edilib

Cəmiyyət | 12:29 • 21 Yanvar 2021
Ötən il 100 min nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bu dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb.


Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kurslarına isə 1014 nəfər cəlb edilib. Onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya səbəbilə tədris online qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.


Bundan başqa, Agentlik tərəfindən ötən il 37 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunaraq, onlara peşəyönümü məsləhət xidmətləri göstərilib.


Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
420 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti