Xəzər Xəbər

Dərslər bu tarixdən başlaya bilər Hansı siniflər məktəbə gedəcək?

Cəmiyyət | 17:56 • 19 Yanvar 2021
Dərslər bu tarixdən başlaya bilər

"Müzakirə olunur ki, ibitdai siniflər dərslərə başlasınlar".


Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.


Ekspert bildirib ki, şagirdlər məktəbə daxil olmamışdan öncə müvafiq qaydalara uyğun olaraq temperaturları ölçülməli, maskadan istifadə etməlidirlər:


"Həftənin müəyyən günləri, ola bilər 1, 3, 5, yaxud 2, 4, 6 və yaxud da həfətinin beş günü yalnız səhər saatlarında 2-3 saatlıq dərslərə gedib, gələ bilərlər. Yəni, mərhələli şəkildə bu planlaşdırılır, müzakirə olunur. Böyük ehtimalla elə bu prosesin üzərində dayanacaqlar və dərsləri fevral ayının 1-dən ibtidai siniflərdə bu şəkildə başladacaqlarını düşünürəm. Və ondan sonra tədricən, mart ayına doğru hissə-hissə, ola bilər ki, 9 və 11-ci siniflərdə buraxılış imtahanlarına görə müəyyən mərhələ ilə dərslər başladılsın. 


Burada prosesi təşkil etmək üçün mütləq müvafiq qaydalara riayət etmək lazımdır. Xüsusilə qoruyucu maskalardan istifadə olunması, bədən temperaturunun yoxlanılması, spirtlərdən istifadə, şagirdlərin oturduqları siniflərdə, auditoriyalarda məsafənin qorunub saxlanılması kimi məsələlərə mütləq nəzarət olunmalıdır ki, proses uyğun təşkil olunsun. Fikrimcə bunun əsasında da dərslərin ənənəvi qaydada ən azı sırf ibtidai sinifdə də başlanılması doğru olar. Çünki ən çox təhsilə, dərsə ehtiyacı olan məhz həmin kateqoriyadır".

Xəbər lenti