Xəzər Xəbər

Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB

Cəmiyyət | 12:22 • 16 Yanvar 2021
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB

Hər kəs sual verir ki, vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz. Vaksin orqanizmə vurulan kimi insanı qorumur. Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, həmişə belə olur.


Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.


Onun sözlərinə görə, ölkəmizdə 7-9 milyon insan hələ virusa yoluxmayıb, amma onlar da virusa yoluxa bilərlər:


"Hər kəs özünə sual verəcək ki, mən niyə peyvəndi vurdurmalıyam. Biz hələ yayda fikirləşirik ki, hər kəs yoluxdu, bitdi, amma sonra gördük ki, bu, belə deyil. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasiyanın aparılması nəticəsində risk qrupunda olan, ağırlaşan insanların sayı azaldılmalıdır. Amma qospitalizasiya edilə bilən insanlar yetərincə olur, ona görə də biz qapanmalara getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəflərimiz yaşlılar və xroniki xəstəliyi olanlardır”.

Y.Qarayeva əlavə edib ki, 70-80 faiz əhali bu xəstəliyi ağır keçirə bilər.


”Birinci dozanı vurduran insanlar xəstəliyi yüngül keçirərlər, amma biz tam istədiyimiz nəticəni almaya bilərik. Buna görə də hər birimiz bu amili ciddi nəzərə almalıyıq və qorunma tədbirlərinə ciddi şəkildə əməl etməliyik”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
504 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti