Xəzər Xəbər

Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı

Cəmiyyət | 12:16 • 16 Yanvar 2021
Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı

"Nə qədər insan test vermədən və ya testi neqativ çıxan koronaviruslu şəxslər olub. Bu rəqəm təxminən 1 milyona çata bilər. Ölkədə hələ də 7-8 milyon insan xəstəliyə yoluxmayıb. Bunların içərisində də risk qrupuna aid olanlar mütləq vaksinasiya olunmalıdır”.


Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


TƏBİB rəsmisi qeyd edib ki, strategiyada gənclər və uşaqlar qeyd edilməyib: "Hədəfimiz onlar deyil. Əsas hədəfimiz risk qrupuna aid olanları peyvənd etdirməkdir”.

Xəbər lenti