Xəzər Xəbər

Qulaqda küy ciddi xəstəliyin əlaməti ola bilər

Cəmiyyət | 10:14 • 16 Yanvar 2021
Qulaqda küy ciddi xəstəliyin əlaməti ola bilər

Qulaqlarda mütəmadi küy orqanizmdə ciddi problemin olmasının göstəricisi hesab edilə bilər.


Bu barədə "Express” amerikalı tədqiqatçıların məlumatlarına istinad edərək yazıb.


Alimlər müəyyən edib ki, bədəndə "B12” vitaminin çatışmazlığı qulaqlarda mütəmadi küy yaradır. Bu vitamin - Kobalamin deyilən suda həll olunan bir vitamindir. "B12” yalnız sinir sisteminin fəaliyyətini yaxşılaşdırmır, eyni zamanda qırmızı qan hüceyrələri və DNT istehsalında iştirak edir.


Mütəxəssislərin fikrincə, "B12” sinirləri əhatə edən qoruyucu və izolyasiya edən örtük olan mielin istehsalı üçün də lazımdır. Vitamin çatışmazlığı sinirlər arasındakı əlaqənin pozulmasına səbəb olur. Nəticədə qulaqlarda tinnitus yaranır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti