Xəzər Xəbər

Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə: Özünü təcrid etməyə davam etməlidir

Cəmiyyət | 16:16 • 14 Yanvar 2021
Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə:

"Sərt karantindən əvvəlki yoluxma statistikasına nəzərən hazırda vəziyyət daha müsbətdir. Lakin yumuşaldılmaya tez bir zamanda keçilməsi yoluxmanın yenidən artmasına səbəb ola bilər. Yoluxmalar iki rəqəmliyə düşərsə, karantindən çıxışa baxıla bilər".



XəzərXəbər redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, hazırda Avropa ölkələrində virusun yeni mutasiyaya uğrayan formasına görə yenidən sərt karantin qaydaları tətbiq edilir:


"Virusun yeni forması qonşu ölkələrdə də müşahidə olunur. Nəzərə almalıyıq ki, təhlükə hər zaman var. Hazırki ölüm hallarına nəzər salsaq, görərik ki, onların bir çoxu yanaşı xəstəlikləri olan, yaxud yaşı çox olan xəstələrdir. Buna görə də sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırılmalıdı. Bu zaman yaşı 65 yaşdan yuxarı olan insanlar hələ özünü təcrid etməyə davam etməlidir. Statistikanın 50%-i Bakı şəhərində olan yoluxma hallarından ibarətdir, düşünürəm ki, Bakı şəhərinə giriş-çıxışlar da bir müddət bağlı qalsa, daha yaxşı olar. 


Virusun tamamilə aradan qalxması üçün insanların böyük əksəriyyəti vaksinasiya olunmalıdır. Əgər bu proses tam olmasa, cəmiyyət arasında virus məhv olmayacaq. Normal həyatımıza qayıtmaq istəyiriksə, vaksinasiya prosesində hər kəs iştirak etməlidir".

Xəbər lenti