Xəzər Xəbər

Məleykə Abbaszadə: Vətən müharibəsində dörd nəzarətçi-müəllim şəhid olub

Cəmiyyət | 14:57 • 14 Yanvar 2021
Məleykə Abbaszadə: Vətən müharibəsində dörd nəzarətçi-müəllim şəhid olub
Ötənilki imtahanlarda iştirak edən 50 nəzarətçi müəllim Vətən müharibəsində iştirak ediblər. Onlar müəllimlik borcunu yerini yetirdikdən sonra cəbhədə vuruşublar. 


Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə deyib.


DİM sədri qeyd edib ki, 4 nəfər nəzarətçi-müəllim Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb: "Şəhid müəllimlər İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu və Nəciyev Xalid Qabil oğludur. Allah onlara rəhmət eləsin”.

Xəbər lenti