Xəzər Xəbər

Hərbi parada hazırlıq məşqləri keçirilir VİDEO

Veb TV | 17:46 • 5 Dekabr 2020
Hərbi parada hazırlıq məşqləri keçirilir

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.


Bu barədə "Xezerxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.



Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.


Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.



Nərmin Məcidli

Xəbər lenti