Xəzər Xəbər

"Baktelecom" tərəfindən "İçərişəhər" qoruğunda optik şəbəkə istifadəyə verilib

Cəmiyyət | 15:48 • 2 Dekabr 2020
"Baktelecom" tərəfindən "İçərişəhər" qoruğunda optik şəbəkə istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) "İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.

Nazirlikdən Xezerxeber.az-a verilən məlumata görə, "Evədək optika” layihəsi çərçivəsində "Baktelecom”un "Azeurotel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.

"İçərişəhər” qoruğunda mövcud 1500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. "Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim edilib.

Qeyd edək ki, görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.

Məlumat üçün bildirək ki, hazırda paytaxt və ətraf ərazilərdə "Baktelecom” tərəfindən köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində optik şəbəkənin qurulması işləri aparılır.

Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti