Xəzər Xəbər

Nailə Quliyeva: “ Hələ ki, qan toplama aksiyaları etmək mümkün deyil”

Cəmiyyət | 12:55 • 2 Dekabr 2020
Nailə Quliyeva: “ Hələ ki, qan toplama aksiyaları etmək mümkün deyil”

"Biz müəssisələrdə və idarələrdə talassemiya daşıyıcısı olan şəxslər üçün qan toplama aksiyaları keçirirdik. COVID-19-a yoluxanların sayı günü-gündən artdığına görə, işçilər artıq evdən fəaliyyət göstərirlər. Hələki bu səbəbdən qan toplama aksiyaları təşkil etmək mümkün deyil”.

Bu sözləri Xezerxeber.az-a açıqlamasında Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nailə Quliyeva bildirib.

O, qan bankında azalmanın baş verməməsi üçün daimi donorlardan mərkəzə yaxınlaşıb, qan verməklərini xahiş etdiyini qeyd edib. "Talassemiya daşıyıcısı olan uşaqların valideynlərindən də xahiş edirik ki, sağlığı yerində olan qohumlarını, tanışlarını qan bankına yönləndirsinlər. Mart ayından başlayaraq bir çox ölkələrdə qan donorluğu ilə bağlı problem yaşansa da, bizdə ciddi bir çatışmamazlıq olmadı. Müharibə dövründə əsgərlər üçün qan verən şəxslərin də rolu böyük oldu. Verilən qanlar əsgərlərdən əlavə talassemiya daşıyıcısı olan uşaqlara da çatdı”.

N.Quliyeva sonda hər bir sağlam vətəndaşın qan vermədə iştirakının vacibliyini qeyd edib. "Kişilər ildə dörd dəfə hər üç aydan bir, qadınlar isə ildə üç dəfə hər dörd aydan bir qan verə bilər”.

Nərmin Məcidli

Xəbər lenti