Xəzər Xəbər

Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet yaratmaq mümkündürmü? Komitə sədri açıqladı

Cəmiyyət | 12:13 • 2 Dekabr 2020
Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet yaratmaq mümkündürmü?

Bəzən Azərbaycan cəmiyyətində "qoyun hamı yoluxsun, birdəfəlik virus bitsin” kimi fikirlər səsləndirilir. Bəs bu metodun tətbiq edilməsi hansı nəticələrə gətirib çıxara bilər?


Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, heç də düşünüldüyü kimi asan məsələ deyil:


"Bu olduqca mürəkkəb və çoxlu sayda insanın ölümünə səbəb ola biləcək bir prosesdir. Kütləvi immunitet yaratmaq üçün əhalinin ən azı 60-70 faizi virusa yoluxub sağalmalıdır. Virusun necə davranacağını da əvvəlcədən bilmək olmur.


Nə qədər adam evdən çölə çıxmamalıdır, işə getməməlidir. Digər tərəfdən kütləvi yoluxma o demək deyil ki, insanları virusla baş-başa buraxasan, kim ölə, kim qala. Yoluxmuş insanların sağalması üçün onlara tibbi yardım və müalicə lazımdır. Bu qədər insanı eyni vaxtda müalicə etmək mümkündürmü? Buna nə tibb personalı, nə də dərman vasitələri çatdırmaq olar. Ona görə hesab edirəm ki, ən yaxşı yol karantin rejiminin sərtləşdirilməsidir”./trend


Ramil

Rubrikanın digər xəbərləri

Xəbər lenti