Xəzər Xəbər

Yeni məhdudiyyətlər tətbiq olunacaq? Baş infeksionist açıqladı

Cəmiyyət | 10:32 • 2 Dekabr 2020
Yeni məhdudiyyətlər tətbiq olunacaq?

Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır.


Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


Onun sözlərinə görə, hazırda COVİD-19-la bağlı yoluxma vəziyyəti çox gərgindir:


"Xüsusən də son həftələrdə rast gəlinən hallar, həmçinin xəstələrin sayının artımı səhiyyənin xeyli yüklənməsinə səbəb olub. İnsanların qoruyucu gigiyenik qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük. Lakin onu da qeyd etmək lazımdır ki, yoluxma hallarının artımının davam etməsində özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibb müəssisələrinə vaxtında və ya ümumiyyətlə müraciət etməmələri, özünümüalicə ilə məşğul olmalarıdır. Hesab edirəm ki, hazırkı durumda əhalinin bu istiqamətdə də xüsusilə maarifləndirilməsinə böyük ehtiyac var"./trend


Ramil

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar