Xəzər Xəbər

COVID-19 xəstələrinə təsir edən infeksiya

Cəmiyyət | 14:45 • 1 Dekabr 2020
COVID-19 xəstələrinə təsir edən infeksiya

COVID-19 bakterial ağırlaşmasına göbələk infeksiyası əlavə edilib.


"İzvestiya" beynəlxalq tədqiqatçılar qrupunun yayımladığı məqalədə məlumat verilir ki, intensiv terapiya və reanimasiya şöbələrində olan xəstələrdə göbələk aşkarlanıb.


Çox vaxt mikozun yaratdığı sətəlcəm immunitetin azalması və ağır COVID-19 zamanı təyin olunan deksametazon, tocilizumab və başqa dərmanların qəbulu fonunda baş verir.


Rusiyalı mikrobioloq Sergey Yakovlev bildirib ki, bakteriya infeksiyasına göbələk infeksiyası da əlavə olunur: əvvəlcə insan bakterial fəsadlara görə antibiotiklərlə müalicə olunur, bundan sonra invaziv mikozlar birləşir:


"Bu, artıq təcili yardım xəstəxanalarında bilinən bir problem halına gəlib".


Onun sözlərinə görə, qlobal donuz qripi epidemiyası zamanı virus infeksiyası olan ağır xəstələrdə invaziv mikozlarla ikinci infeksiya riskinin də artdığı sübut edilib./Milli.Az


Ramil

Xəbər lenti