Xəzər Xəbər

Ekspert: “ Laçında ilkin olaraq təhlükəsizlik bölgələri yaradılmalıdır”

Cəmiyyət | 13:20 • 1 Dekabr 2020
Ekspert: “ Laçında ilkin olaraq təhlükəsizlik bölgələri yaradılmalıdır”

"İlk öncə Laçının işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Laçın Azərbaycanın cənub qərbində yerləşən, iqtisadi imkanları geniş olan bir ərazidir. Laçının ümumi ərazisi 1,84 min km2 –dir. Münbit torpağa malik olan bu bölgədə çoxlu enliyarpaqlı, seyrək meşələr və müqayisə edilməyəcək dərəcədə qədim tarixə malik olan nadir abidələr var. Məlik Əjdər və Qara saqqal türbələrini, Alban məbədini bu abidələrə misal göstərmək olar. Laçın ərazisinin çox yerində qış quraq keçir və soyuq iqlimə malikdir”.


Bu sözləri Xezerxeber.az-a şərhində iqtisadçı ekspert Natiq Cəfərli bildirib.


2009-cu ilin əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 96 %-i azərbaycanlılardan ibarətdir və əhalinin 83 %-i kənd yerlərində yaşayır. N.Cəfərli 28 il işğal altında olan torpaqlarda ermənilərin böyük dağıntılar törətdiyini, Laçında bərpa işlərinin 2 ildən daha çox vaxt alacağını bildirib. "Laçın Azərbaycan iqtisadiyyatına böyük töhfə verə biləcək ərazidir. Aqrar sahədə, xüsusilə maldarlıq sahəsində əvəzedilməz bölgədir. Laçınlılar uzun illər maldarlıqla məşğul olublar. Ərazinin istər yay, istərsə də qış turizmi üçün çox böyük potensialı var. Bərpa işləri ilə bağlı böyük bir yatırıma ehtiyac yaranacaq. Bütün işğal altından azad edilmiş ərazilərdə kompleks iş görülməlidir. İqtisadi fürsətlər bir rayonda yaranarsa, digər bölgələrin də orda iştirakı vacibdir”.

Ekspert ilkin olaraq təhlükəsizlik bölgələrinin yaradılmasının, Ermənistanla Laçının sərhəddinin müəyyənləşdirilməsinin və sərhəddə Azərbaycan qoşunlarının yerləşdirilməsinin vacib olduğunu da qeyd edib.


Nərmin Məcidli

Xəbər lenti

Çox oxunanlar