Xəzər Xəbər

Laçının işğaldan azad olunması münasibətilə yürüş keçirilir

Cəmiyyət | 13:16 • 1 Dekabr 2020
Laçının işğaldan azad olunması münasibətilə yürüş keçirilir

Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.


Müraciətdən sonra Bakı sakinləri Su İdman Sarayından üzü Şəhidlər Xiyabanı istiqamətində yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.


Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub./trend


Ramil

Xəbər lenti