Xəzər Xəbər

İnfeksionistdən həyəcan təbili: Gənclər də koronavirusdan ölür

Cəmiyyət | 11:46 • 30 Noyabr 2020
İnfeksionistdən həyəcan təbili:

Artıq uzun müddətdir ehtiyat etdiyimiz o çətin vəziyyət yaranmaq üzrədir, xəstəxanalarda koronavirus xəstələrinə görə boş yer yoxdur.


Bu gün bir çox insan məcburiyyətdən evdə qalmalı olur və çox ağırlaşmış vəziyyətdə xəstəxanalara gətirilir. Bu isə koronavirus xəstələrinin əksəriyyətinin ölümü ilə nəticələnir.


XəzərXəbər xəbər verir ki, bu barədə "oxu.az”a açıqlamasında pandemiyanın başlanğıcından bəri xüsusi rejimli xəstəxanalarda çalışan həkim-infeksionist Nicat Əzimli məlumat verib.


Həkimin sözlərinə görə, bu gün bir çox xəstələr xəstəxanalarda yerlərin boşalmasını gözləyir:


"Bu, bizim üçün çox ciddi çətinlik yaradır. Çünki qəbul etdiyimiz xəstələr ağırlaşmış vəziyyətdə müraciət edirlər. Əvvəl bəzi pasiyentlər xəstəliyi ciddiyə almayıb, evdə müalicə ilə sağalacaqlarını düşünüb, xəstəxanaya müraciət etmirdilərsə, bu gün artıq bu vəziyyət məcburiyyətdən qaynaqlanır. Xəstəxanada olan pasiyentlərin vəziyyəti ağırdır. Yoluxmanın sürətlə artması evdə aparılan müalicənin effektivliyini, demək olar ki, aşağı salır”.


İnfeksionist deyir ki, xəstəliyin yaş məhdudiyyəti və paralel xəstəliklərə bağlı riskinin artmasına dair stereotiplər artıq qırılıb:


"Koronavirusu sırf yaşlı və paralel xəstəlikləri olan insanlar üçün riskli hesab etmək artıq doğru deyil. 1999-cu il təvəllüdlü, paralel heç bir xəstəliyi olmayan vətəndaş sutka ərzində koronavirusdan dünyasını dəyişib. Bu xəstəlik artıq çox kəskin irəliləyir. Bu, ilk hal deyil, artıq neçənci dəfədir belə ölümlər qeydə alınır. Hər kəs gigiyena qaydalarına əməl etməlidir.


Mövsümi xəstəliklərdə olduğu kimi koronavirusda da yoluxmanın sürətlə artımı özünü göstərir. Ümumiyyətlə, digər respirator infeksiyalardan fərqli olaraq koronavirusun yoluxduruculuq qabiliyyəti çox yüksəkdir. Bir nəfər kimi hər kəs maskadan istifadə etməli, sosial məsafəni gözləməlidir”.


"Ölkədə hər kəs koronavirusa yoluxduqdan sonra bu xəstəlik tamamilə yox olacaqmı?" sualını isə həkim Nicat Əzimli belə cavablandırıb:


"Tibdə kollektiv immunitet deyilən bir fikir var. Bu ifadə daha çox qalıcı immunitet formalaşan xəstəliklərə aid edilir. Yalnız bu halda kütlənin həmin xəstəliyə yoluxması, kollektiv immunitetin yaranmasına səbəb olur və uzun illər bu cür kəskin vəziyyət davam eləmir.


Lakin biz bunu koronavirusa şamil edə bilmərik. Çünki COVID-19 infeksiyasında təkrar yoluxma qeydə alınıb, bu da onu sübut edir ki, infeksiyaya qarşı qalıcı immunitet formalaşmır. Xəstəlik mutasiyaya uğrayır və bu xəstəliyi keçirən şəxs yenidən bu xəstəliyə yoluxa bilir. Odur ki, xəstəliyə yoluxub sağalan şəxs düşünməsin ki, daha risk yoxdur.


Digər tərəfdən bu xəstəlik üzrə kollektiv immunitetin qazanılması səhiyyə sisteminin çöküşü demək olar. Təsəvvür edirsiniz, səhiyyə sisteminin çökməsi koronavirus xəstələrinin evdə ölməsi demək olar. Odur ki, yoluxma sayını azaltmaq üçün kəskin tədbirlər görülməlidir. İlk növbədə, hər kəs fərdi qaydada pandemiyaya qarşı məsuliyyətini dərk etməlidir, digər tərəfdən isə artıq dövlət səviyyəsində karantin qaydalarına nəzarət artırılmalıdır”.


Ramil

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
495 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti