Xəzər Xəbər

Xınalığa 16 sm hündürlükdə qar yağıb

Cəmiyyət | 10:04 • 30 Noyabr 2020
Xınalığa 16 sm hündürlükdə qar yağıb

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağır.


Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr olub. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə yaxın qar yağıb. Dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.


Apa.az

Nərmin Məcidli

Xəbər lenti