Xəzər Xəbər

Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr

Cəmiyyət | 09:44 • 27 Noyabr 2020
Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr

Bal, çobanyastığı, duz, kəsmik - bu və digər vasitələr ev şəraitində öskürəyə qarşı çox təsirli ola bilər.


Xezerxeber.az tibbi saytlara istinad edərək öskürəyə qarşı ev şəraitində istifadə edilən müalicə üsullarını diqqətinizə çatdırır.


Bal ilə süd. Südə bal əlavə olunarsa öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir.


Soğan suyu. Ən təsirli digər ev vasitəsidir. Təzə soğanın sıxılmış suyu bir az bal ilə qarışdırılmalı və qəbul edilməlidir.


Duzlu buxar. İsti, nəmli və duzlu havada nəfəs almaq bronxların patogenlərdən daha təsirli şəkildə qurtulmasına kömək edir. Bir litr isti suya təxminən on qram duz əlavə edin. Başınıza bir dəsmal bağlayın və buxarı yavaşca nəfəs alın.


Mayenin qəbul edilməsi. Boğaz və bronx qişasına qan axını stimullaşdırmaq üçün öskürək olduqda kifayət qədər maye içmək vacibdir. Bitki çayları, bəlğəmin incəldilməsi və öskürəyin asanlaşdırılması üçün idealdır.


Çobanyastığı. Xırıltılı səs və öskürək zamanı tənəffüs yollarını sakitləşdirən iltihab əleyhinə təsirə malik yağ ehtiva edir.


Kəklikotu. Soyuqdəymə üçün ən məşhur dərman bitkilərindən biridir. Kəklikotu ilə çay və ya buxarın qəbulu boğaz ağrısı, burun tıkanıklığı üçün faydalıdır.


Bağayarpağı. Çay və ya şərbətdən asılı olmayaraq: bağayarpağı tənəffüs yoluxucu infeksiyanın səbəb olduğu bronx tıxanması üçün təsirli təbii vasitədir.


Adaçayı. Adaçayı yarpaqlarında olan aktiv maddələr iltihabı ləngidir və boğazın selikli qişasını sakitləşdirir.


Nanə. Nanə efir yağının tərkibindəki maddələr baş ağrısını aradan qaldırır və selikli qişalar infeksiya səbəbindən şişdikdə hava yollarını azad edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti