Xəzər Xəbər

Azərbaycan ordusu Laçına necə daxil olacaq? Komandir açıqladı

Cəmiyyət | 16:41 • 26 Noyabr 2020
Azərbaycan ordusu Laçına necə daxil olacaq?

"Kəlbəcər Ermənistanla ən uzun sərhədi olan rayondur. Kəlbəcərə nə qədər hərbçi göndərmək Azərbaycanın daxili işidir".


Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.


Hərbi ekspertin sözlərinə görə, hansı ərazilərdə hərbi hissə yerləşdirmək və hansı qüvvələri ora göndərmək planlı şəkildə olan vəziyyətə görə qəbul edilmiş qərarlardır. Hərbçilərimiz Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən təsdiq edilmiş plan üzrə yerləşdirilib.


Kəlbəcərdən sonra Laçının təhvil verilməsi baş tutacaq. Laçına Kəlbəcərin cənubundan - Füzuli və Cəbrayıl isitqamətindən və Laçın dəhlizindən daxil olmaq mümkündür. Azərbaycan Ordusunun Laçına hansı istiqamətdən daxil olacağı maraqla qarşılanır. Bu sualı da cavablandıran sabiq briqada komandiri deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunub:


"Buna görə Azərbaycan Respublikasının sərhəd çərçivəsində bütün yollardan istifadə etmək bizim haqqımızdır. Hansı yol lazım olacaqsa, ondan istifadə ediləcək.


Laçın dəhlizi həm Azərbaycan, həm də ermənilər üçün açıq dəhlizdir. Azərbaycan Silahlı Qüvvələri, təbii ki, həmin yoldan istifadə edəcək. Sadəcə həmin yola təhlükəsizlik və nəzarəti Rusiya sülhməramlıları təmin edəcək"./BAKU.WS

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti