Xəzər Xəbər

Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

Cəmiyyət | 15:58 • 26 Noyabr 2020
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarış elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olunub.


Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.


1957-ci il tarixli "Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyə Respublikasına ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.



Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
412 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti