Xəzər Xəbər

Fransa səfirliyinin qarşında etiraz aksiyası keçirilir

Cəmiyyət | 12:12 • 26 Noyabr 2020
Fransa səfirliyinin qarşında etiraz aksiyası keçirilir

Fransanın Azərbaycandakı səfirliyinin qarşında aksiya keçirilir.


Xezerxeber.az xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz edir.

İştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.


Xəbər lenti