Xəzər Xəbər

Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər

Cəmiyyət | 16:40 • 24 Noyabr 2020
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.


Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: "Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".

Xəbər lenti