Xəzər Xəbər

Ordumuzla bağlı video, foto və məlumatların yayılması məsuliyyətə səbəb olur - XƏBƏRDARLIQ - VİDEO

Cəmiyyət | 12:13 • 25 Oktyabr 2020
Ordumuzla bağlı video, foto və məlumatların yayılması məsuliyyətə səbəb olur -

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.


Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.


Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.


Bildirilib ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Xəbər lenti