Xəzər Xəbər

Alimlər virusun necə yayılmasını göstəriblər

Cəmiyyət | 09:49 • 25 Oktyabr 2020
Alimlər virusun necə yayılmasını göstəriblər

Maskalar bütün dünyada insanlar üçün adi atributa çevrilib: hesab edilir ki, onlar müəyyən dərəcədə koronavirusun yayılmasının qarşısını alırlar. Ancaq təhlükə gözlə görünmədiyindən, bu üsulun necə işlədiyini təsəvvür etmək olmur. Bir qrup yapon tədqiqatçısı insanın maskasız danışdığı, oxuduğu və öskürdüyü vaxt virus hissəciklərinin hərəkətini modelləşdirmək və nümayiş etdirmək üçün "Fugaku” superkompüterindən istifadə edib.


Xezerxeber.az "Euronews” telekanalına istinadla xəbər verir ki, tədqiqatçılar qrupuna rəhbərlik edən Kobe University & RIKEN-nin professoru Makoto Subokura deyib: "Əgər biz virusun məhz necə yayıla biləcəyini çəkib bütün dünyaya göstərə bilsək, onda insanlar təhlükənin ciddiliyini birbaşa təsəvvür edər və zəruri qabaqlayıcı tədbirlər haqqında elmi cəhətdən düşünərlər”.


Tədqiqatlar nəticəsində məlum olub ki, daha yüksək hava rütubəti kiçik aerozol hissəciklərinin sayının artmasına səbəb olur. Alimlər müxtəlif qoruyucu vasitələri müqayisə edərək belə bir qənaətə gəliblər ki, maskalar həqiqətən də yüksək qoruyucu effektə malikdir. Bununla yanaşı, onlardan düzgün istifadə olunmasının və sosial məsafənin qorunmasının vacibliyi də qeyd olunub. Təcrübələr göstərir ki, böyük hissəciklər virusdaşıyıcılarının yaxınlığında yerə düşür və onlardan uzağa uça bilmirlər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti