Xəzər Xəbər

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı açıqlanıb

Cəmiyyət | 17:56 • 23 Oktyabr 2020
Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı açıqlanıb

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Baş Prokurorluqdan xezerxeber.az-a verilən məlumatda bildirilir ki, erməni təxribatları nəticəsində Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.


27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub. Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.


Bundan başqa, Bərdə üzrə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb, Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb, Ağcabədi üzrə 1 nəfər həlak olub, 19 nəfər yaralanıb, Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmış, Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb ki, yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.


Həmçinin ermənilərin təxribatları zamanı Mingəçevir üzrə 5 nəfər, Daşkəsən üzrə 1 nəfər, Cəbrayıl üzrə 1 nəfər, Xocalı üzrə 1 nəfər, Qəbələ üzrə 1 nəfər yaralanıb.


Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
391 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti