Xəzər Xəbər

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! Sabah küçəyə çıxmayın

Cəmiyyət | 09:39 • 23 Oktyabr 2020
Paytaxt sakinlərinin NƏZƏRİNƏ!

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.


Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.


Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər lenti