Xəzər Xəbər

Politoloq: Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz

Cəmiyyət | 15:03 • 22 Oktyabr 2020
Politoloq:

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir.


Bu sözləri açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaqişənin həllini nəzərdə tutan Madrid prinsiplərinin arxa plana keçməsi və onun Bakının diktə etdiyi "Qarabağ prinsipləri”lə əvəz edilməli olduğunu söyləyərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.


Həmsöhbətimizə görə, daha "Madrid prinsipləri”nə ehtiyac qalmayıb:


"Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli və işğalçı qoşunlar ölkəmizin ərazisindən çıxarılmalıdır. Bu prinsip əsasında da Azərbaycan Ordusu hücuma keçib. Əlbəttə ki, Madrid prinsiplərində qeyd edilən mərhələli həll planında da ümumən həmin məqamlar qeyd edilib. Lakin indi Madrid prinsiplərinə də ehtiyac yoxdur. Özümüz öz məsələmizi BMT-nin 4 qətnaməsini əsas tutaraq həll edirik.


Müharibə indi dayandırılsa, yenə də məsələ dondurulacaq və haqq işimiz yarımçıq qalacaq. Artıq Minsk qrupunun həll planı işə yaramır. 27 ildir başımıza yastıq qoymaqla məşğul olublar. Odur ki, artıq "Madrid prinsipləri”ndən deyil, "Qarabağ prinsipləri”ndıın danışmalıyıq”.


Politoloq hesab edir ki, Ordumuz nə qədər çox irəliləsə, masada mövqeyimiz o qədər güclənəcək və şərtləri diktə edəcəyik: "Artıq 5 rayonu azad etmişik, Dağlıq Qarabağın içərilərinə daxil olmuşuq. Növbəti mərhələdə Kəlbəcər, Şuşa və Laçının azad edilməsi gəlir. Bunu da "Qarabağ prinsipləri” adlandırmaq olar”.


Elxan Şahinoğluna görə, "Qarabağ prinsipləri”ndə status məsələsi ümumiyyətlə gündəmdən çıxarılmalı, bu məsələ müzakirə predmeti olmamalıdır:


"Bu prinsiplərdə Madrid prinsipindən fərqli olaraq bütün işğal edilmiş rayonların hamısını birdən həll edirik və status məsələsini ümumiyyətlə gündəmdən salırıq. Ermənilərə veriləcək statusu da özümüz müəyyənləşdirəcəyik.


Fikrimcə, status deyəndə o biri rayonların statusu necədirsə, ermənilərə münasibətdə də həmin status olmalıdır. Yəni, heç xüsusi statusdan söhbət gedə bilər. Uzaqbaşı Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə mədəni muxtariyyət verilə bilər”./Sfera.az

Xəbər lenti