Xəzər Xəbər

Azərbaycanda yenidən sərt karantin olacaq? MİLLƏT VƏKİLİ

Cəmiyyət | 15:32 • 21 Oktyabr 2020
Azərbaycanda yenidən sərt karantin olacaq?

Bildiyimiz kimi, koronavirusa yoluxmalar üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb. Bəs, yenidən sərt qaydaların tətbiq edilməsi gözlənilirmi? Kafe və restoranlar bağlana bilər mi?


Millət vəkili Razi Nurullayev açıqlamasında bildirib ki, belə bir addım atılması gözlənilmir:


"Hazırda ölkədə hərbi rejim qaydaları tətbiq olunur. Eyni zamanda ümumi karantin rejimi də davam etdiyi üçün müəyyən qaydalar var ki, onlar hələ də qüvvədədir. Yəni, qapalı məkanlarda maska taxmaq, məsafə qorumaq və.s. Düşünürəm ki, hazırda iaşə obyektlərinin bağlanması o qədər də vacib deyil. Belə bir addım atılacağı da gözlənilmir.


Ola bilsin ki, müəyyən saatlarda bağlanması üzrə məhdudiyyətlər qoyula bilərdi. Lakin hazırda hərbi vəziyyətlə bağlı demək olar ki, 18:00 – 19:00 radələrində bir çox obyektlər günlük fəaliyyətlərini dayandırırlar. Ümumilikdə bütün iaşə obyektlərini yaxud kofe və restoranların bağlanmasının zəruri olduğunu düşünmürəm və belə bir addım atılacağına da inanmıram"./Redaktor.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti