Xəzər Xəbər

COVID-19 xəstələrində yeni fəsadlar aşkarlanıb

Cəmiyyət | 13:02 • 29 Sentyabr 2020
COVID-19 xəstələrində yeni fəsadlar aşkarlanıb

COVID-19 xəstələrində yeni fəsadlar aşkarlanıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılan koronavirus üzrə elmi şuranın üzvü, ölkənin Çukurova Universitetinin professoru Yeşim Tasova bildirib.


Bir çox xəstələrdə nevroloji fəsadların görüldüyünü deyən professor bu dəyişikliklərin yuxu pozuntusu, ensefalit, meningit kimi ağırlaşmalarla əlaqələndirildiyini qeyd edib. O, bəzi xəstələrin ayaq barmaqlarında qızartılar və şişkinliklərin də olduğunu bildirib.


Y.Taşova pandemiyanın qarşısının alınmasının yalnız bütün insanların 60-70 faizinin bu xəstəliyi keçirməsi və ya peyvəndin hazırlanması nəticəsində insan bədənində anticism yaranması ilə immun sisteminin virusa qarşı dayanıqlılığının artığı təqdirdə mümkün ola biləcəyini deyib.

Xəbər lenti