Xəzər Xəbər

Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum oldu

Cəmiyyət | 18:25 • 28 Sentyabr 2020
Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum oldu

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində səhiyyə və sosial sahə üzrə xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlərin fəaliyyətinə icazə veriləcək.


Bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarda yer alıb.


Qərara əsasən, bu sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-g ov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

Xəbər lenti