Xəzər Xəbər

ANAMA döyüş bölgəsində yaşayan sakinlərə müraciət etdi

Cəmiyyət | 18:19 • 28 Sentyabr 2020
ANAMA döyüş bölgəsində yaşayan sakinlərə müraciət etdi

"Qoşunların qarşıdurma xətti boyunca yerləşən yaşayış məntəqələrində yaşayan yerli sakinlər qarşılaşdıqları naməlum əşyalara toxunmamalı, xüsusilə uşaqlarını hərbi sursatlardan kənar saxlamalıdır”.


Bunu APA-ya açıqlamasında ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov deyib.  


O bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur: "Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Atəşkəsdən sonra həmin ərazilər ANAMA-nın əməliyyat qrupları tərəfindən tam təmizlənəcək. Sakinlərə tövsiyə edirik ki, evlərinə qayıtdıqdan sonra gördükləri əşyalar və sursatlar barədə dərhal "102”, "113” xidmətlərinə, yaxud da ANAMA-ya məlumat versinlər. Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti