Xəzər Xəbər

Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ

Cəmiyyət | 15:22 • 28 Sentyabr 2020
Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ

Mövsümi epidemiyaların gəlməsi ilə mümkün qədər çox maye içmək lazımdır. Bu zaman viruslar aktiv şəkildə məhv olurlar: onlar hidravlik zərbəyə dözə bilmirlər.


"Sputnik”in məlumatına görə, bu barədə rusiyalı otolarinqoloq Vladimir Zaytsev virusların artdığı bir dövrdə koronavirusdan qorunmaq üçün tövsiyələrində bildirib.


Onun sözlərinə görə, bu mənada istənilən çaylar effektivdir.


Bundan başqa orqanizm kifayət qədər "C” vitamini ilə təmin edilməlidir. Bu vitamin sitrus meyvələrində, kividə, zəncəfildə və kələm turşusunda var.


"Əlavə olaraq C vitamini olan meyvələr - limon, laym, qreypfrut çaya əlavə edilə bilər. Bu zaman ikiqat fayda əldə ediləcək”, - deyə həkim əlavə edib.


O, həmçinin qida rasionuna müəyyən miqdarda göyərti də əlavə etməyi məsləhət görüb:


"Bu bədəni vitaminlərlə təmin etməklə yanaşı, mədə-bağırsaq traktının təmizlənməsinə kömək edəcək”.


V.Zaytsev simptomlara laqeyd yanaşmamağı, xəstəliyin ilkin əlamətlərində həkimə müraciət etməyin vacibliyini də vurğulayıb:


"Xəstəliyə dözümsüzlük göstərməyin, o öz-özünə keçən deyil. Həkim sizə kömək edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb.

Xəbər lenti