Xəzər Xəbər

Azərbaycanda bir gündə 19 şagird koronavirusa yoluxub

Cəmiyyət | 15:30 • 24 Sentyabr 2020
 Azərbaycanda bir gündə 19 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub.


Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib.


Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.


Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.

Xəbər lenti