Xəzər Xəbər

Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət | 15:14 • 24 Sentyabr 2020
Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib

Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.


Biləsuvar rayon prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.


Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
429 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti