Xəzər Xəbər

Azərbaycanda valideynləri tərəfindən övladlığa verilən uşaqların sayı açıqlandı

Cəmiyyət | 13:05 • 23 Sentyabr 2020
Azərbaycanda valideynləri tərəfindən övladlığa verilən uşaqların sayı açıqlandı

"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin tətbiqinə başlanılandan, yəni ötən ilin noyabrın 1-dən 20 uşaq övladlığa verilib.


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində "Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.


O qeyd edib ki, onlardan 13-ü oğlan, yeddisi isə qızdır:


"Övladlığa götürülən uşaqlardan dördü ögey ata-ananın müraciəti əsasında olub. 12 uşaq yaxın qohumlar arasında razılaşma ilə övladlığa verilib. Bir müraciət isə valideynlər arasında razılaşma əsasında olub. Üç uşaq isə müəssisədən götürülüb”.


O əlavə edib ki, hazırda övladlığa verilə biləcək uşaqların sayı 50-yə yaxındır.

Xəbər lenti

Çox oxunanlar