Xəzər Xəbər

“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH

Cəmiyyət | 13:13 • 22 Sentyabr 2020
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH

"Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə iki həftə sonra tədris prosesi dayandırılacaq”.


Bunu təhsil üzrə ekspert Kamran Əsədov "Facebook” hesabında bildirib.


Onun sözlərinə görə, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb:


"Bəli, valideynlər məktəbə buraxılmır. Amma bu, həll yolu deyil. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir”.


Ekspert qeyd edib ki, məktəbin qarşısında valideyn sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalıdır:


"Valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar. Yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır. Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq”.


Qeyd edək ki, ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. 


Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti