Xəzər Xəbər

Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlanıb

Cəmiyyət | 10:29 • 18 Sentyabr 2020
Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.


Altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.


Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-sı isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar.


2020-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti